Futbolçularımız itkin düşən neftçilərimizi belə yad etdi


00:48     07 Dekabr 2015 101839.jpg


"Günəşli platformasında baş verən hadisə futbol üzrə Azərbaycan çempionatının bu gün keçirilən oyunlarında da yad edilib.

Femida.az-ın məlumatına görə, bu gün baş turan "Neftçi"- "Zirə" futbol kulubları arasında keçirilən oyunda hər iki komandanın oyunçuları meydana başlarında "kaska" ilə çıxıblar. Onlar bu yolla dünyasını dəyişən və itkin düşən neftçilərimizi anıblar.

"Qəbələ" və "Xəzər-Lənkəran" komandaları arasında keçirilən oyunda da oxşar hadisə yaşanıb. Hər iki komandanın futbolçuları meydana başlarında "kaska" və qollarında qara sarğı ilə çıxıblar. Oyun başlamazdan əvvəl isə bir dəqiqəlik sükut elan edilib.

Qara lent matəmi, "kaska" isə neftçilərimizin baş geyimini bildirir.

Açar sözlər:

Oxunub: 1250