İki gündə 35 cinayətin üstü “isti izlər”lə açılıb


15:30     15 İyun 2020 cinayet.PNG

Respublikanın daxili işlər orqanları tərəfindən iki gün (şənbə-bazar) ərzində törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılıb.

Femida.az DİN-ə istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 661