Baş Prokurorluq tibb işçilərinin peşə bayramını təbrik edib
13:42 17 İyun 2020
Azərbaycan Respublikası Baş Prokurorluğu 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə səhiyyə işçilərini təbrik edib.
Femida.az xəbər verir ki, Baş Prokurorluğun “Facebook”, “Instagram” və “Twitter” səhifələrində yer alan alan təbrikdə deyilir:
“17 iyun - Azərbaycan Respublikasının səhiyyə işçilərinin peşə bayramı günüdür. Bu münasibətlə Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından bütün tibb işçilərini təbrik edir, insanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq kimi müqəddəs və şərəfli vəzifələri həyata keçirən bu peşə sahiblərinə xoşbəxtlik və möhkəm can sağlığı arzu edirik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması üçün apardıqları fədakar mübarizədə səhiyyə işçilərinə uğurlar diləyirik”.
Femida.az
Oxunub: 414
Oxşar xəbərlər
- Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Melitopol şəhərində partlayış baş verib
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb