Çimərlikdən istifadəyə məhdudiyyət qoyulacaq


20:40     18 İyun 2020 bu%20cimerliklerde.PNG

Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı çimərliklərdən istifadəyə məhdudiyyətlər qoyulacaq.

Femida.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, əvvəlki məhdudiyyətlərdən fərqli olaraq, SMS sistemi ilə çıxışa icazənin verildiyi müddət ərzində park və bulvar açıq olacaq: “Hazırda bu məsələ üzərində işlənilir. Bununla bağlı əlavə məlumat veriləcək”.

Femida.az

Açar sözlər:

Oxunub: 475


Oxşar xəbərlər