Qəhrəmanlar ölmür: İlk şəhidlərimiz - Əli və Bəxtiyar


14:25     07 Dekabr 2015 12324895_147866498909695_570070141_n.jpg


1988-ci il fevralın 21-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar legitim olmayan iclasında vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edilir.

Sessiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Azərbaycan və Ermənistanın hakimiyyət orqanlarına müraciət olunur. Həmin vaxt ermənilər Xankəndidə vilayət Partiya Komitəsinin binası qarşısında mitinq keçirir, Azərbaycana qarşı əsassız iddialar səsləndirir, qərarın dərhal SSRİ Ali Sovetinə göndərilməsini tələb edirlər.

Buna cavab olaraq Əsgəran rayonu ərazisində Ağdam və Əsgəran rayon sakinləri dinc nümayiş keçirdilər. Ermənilər atəş açmaqla 2 azərbaycanlı gənci (Əli Hacıyevi və Bəxtiyar Quliyevi) qətlə yetirdilər. Qarabağ münaqişəsində ilk qanın tökülməsi, iki azərbaycanlı gəncin öldürülməsi faktını o zamankı SSRİ-nin Baş Prokrorunun birinci müavini F.Katusev Mərkəzi Televiziyada çıxış edərkən təsdiqlədi.

Əli Hacıyevi və Bəxtiyar Quliyev Dağlıq Qarabağ münaqişəsi zamanı ilk şəhid kimi tarixə düşdü.

Femida.az

Açar sözlər:

Oxunub: 3403


Oxşar xəbərlər