Qanunsuz yolla avtomobil ehtiyat hissələri gətirən Azərbaycan vətəndaşı saxlanılıb


16:28     04 İyul 2020 20_07_04_1593864739.jpg

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi DAF markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Bu barədə Femida.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, şifahi sorğu-sual zamanı sürücü idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı gömrükçülər nəqliyyat vasitəsinin salonunda gömrük nəzarətindən gizlədilən, yazılı və ya şifahi formada bəyan olunmayan, ümumilikdə 6 adda 18 ədəd avtomobil ehtiyat hissələri aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 858