Azərbaycanda 2 polis zabiti koronavirusdan vəfat edib


11:04     06 İyul 2020 polis_478756754646.jpg

Azərbaycanda 2 polis əməkdaşı koronavirusdan ölüb.

Femida.az Report-a istinadən xəbər verir ki, Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də dünyasını dəyişib.

Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olublar.

Məlumata görə, polis polkovnik-leytenantının ölümündən bir gün əvvəl anası da vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 638