Karantin qaydalarını pozan daha bir kafe aşkarlandı
10:27 09 İyul 2020
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı Cəlilabad şəhəri ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən “Cənnət bağı” adlı kafe aşkarlanıb. Obyektə baxış zamanı orada olan kafenin icarədarı A.Əliyev və 11 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib.
Həmin şəxslərə sərtləşdirilmiş karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
Femida.az
Oxunub: 640
Oxşar xəbərlər
- Meymun çiçəyi xəstəliyinə görə karantin başladı
- Azərbaycanda qüvvədə qalan KARANTİN QADAĞALARI - SİYAHI
- Son dəqiqə! Azərbaycanda karantin rejimi yumşaldıldı
- Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
- Qaxda reyd keçirilib, karantin qaydalarına riayət etməyənlər cərimələnib
- Bakıda "26-lar" kafesinin sahibinin oğlu karantini pozduğu üçün axtarışa verilib
- Karantin müddətinin azaldılması yanvarın 24-dən əvvəl yoluxanlara da aiddir - RƏSMİ
- Azərbaycanda karantin rejimini pozaraq cərimələnən şəxslərin sayı açıqlanıb
- Cəlilabadda şadlıq sarayının karantin qaydalarını pozan sahibi həbs olunub
- Azərbaycanda koronavirusa yoluxanların karantin müddəti azaldılır