Dünyada koronavirusa yoluxanların sayı 13 milyonu ötdü


20:24     13 İyul 2020 20_07_14_1594679118.jpg

Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların 13 milyonu ötüb.

Femida.az -ın məlumatına görə, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının məlumatları, həmçinin KİV və başqa açıq mənbələrlə hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Universitetin məlumatına görə, dünyada koronavirusa yoluxma hallarının sayı 13 006 764 nəfərə çatıb. Qeyd edilir ki, pandemiya ərzində COVID-19-dan ümumilikdə 570 776 insan ölüb. Bununla yanaşı, virusa yoluxmuş 7 163 038 insan sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Açar sözlər:

Oxunub: 766