Azərbaycanda general şəhid oldu


13:14     14 İyul 2020 fonsehid27.jpg

Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov qəhrəmancasına şəhid olub.

Femida.az xəbər verir ki, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

"İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilmişdir. Düşmənin 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı mühüm obkeytlər darmadağın oilunub və məhv edilib. Bu gün səhər saatlarında döyüş zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub", o bildirib.

Femida.az

Açar sözlər: #general   #şəhid  

Oxunub: 1999