Tovuz istiqamətində ağır döyüşlər davam edir


14:47     14 İyul 2020 cebhe%20(1)0.jpg

Hazırda Tovuz istiqamətində ağır döyüşlər davam edir. Ordumuzun cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

Femida.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi Azərbaycanın yaşayış ərazilərini atəşdə saxlamağa çalışır. Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.

Qeyd edək ki, hadisə ilə bağlı Müdafiə Nazirliyi də açıqlama yayıb:

"Hazırda Tovuz rayonu istiqamətdə vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər gedir. Qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi də atəşə tutur. Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edir. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır".

Femida.az

Açar sözlər: #döyüş   #müdafiə  

Oxunub: 1522