Cəbhədə son vəziyyət necədir? - MN-dən AÇIQLAMA


16:41     17 İyul 2020 cebhe000.jpg

“İyulun 17-nə keçən gecədən hal-hazıra kimi Ermənistan-Azərbaycan sərhədinin Tovuz ərazisində gərginlik əvvəlki günlərə baxdıqda nisbətən sakitləşib”.

Femida.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Nazirlik rəsmisi bildirib ki, ancaq gərginlik yenə də qalır: “Bizim dövlət sərhədi sahəsində, mövqelərimiz istiqamətində düşmən tərəfindən avtomatlardan və digər atıcı silahlardan istifadə olunur. İriçaplı silahlardan istifadə olunmur. Əvvəlki günlərdə olduğu kimi minaatanlardan və digər artileriya qurğularından istifadə olunmur. Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”.

Femida.az

Açar sözlər: #cəbhə  

Oxunub: 782