MN: Tovuz istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələrimiz atəşə tutulmur
10:39 18 İyul 2020
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 53 dəfə pozub.
Femida.az -ın Müdafiə Nazirliyinə (MN) istinadən verdiyi xəbərə görə, hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələrimiz atəşə tutulmur, amma ümumilikdə gərginlik davam etməkdədir.
Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Oxunub: 576
Oxşar xəbərlər
- MN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək"
- MN: "Azərbaycan Ordusunun Tağaverd istiqamətində atəş açması barədə məlumat yalandır"
- MN: "Sülhməramlılarımızın qısa müddətdə Vətənə qayıdışı planlaşdırılır"
- MN: Ermənilər Naxçıvan istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
- MN: Sərhəd yaxınlığında Ermənistan tanklarının cəmləşməsi müşahidə edilib
- MN: Azərbaycan Ordusu Kəlbəcərə bir neçə istiqamətdə daxil olub
- MN: “Xocalıdan Xankəndi istiqamətində hərəkət edən düşmən texnikası məhv edilib”
- MN: Cəbhənin Xocavənd istiqamətində düşmən bəzi mövqeləri ataraq qaçır - VİDEO
- MN: Düşmən Tərtər şəhərini, rayonun Qazyan və Hüsənli kəndlərini atəşə tutur
- MN: Azərbaycan Ordusunun cəbhənin şimal istiqamətində itki verərək geri çəkilməsi yalandır