14 şəhər və rayonda sərt karantin rejimi davam edir


10:04     20 İyul 2020 2020/04/karantinsurucu_1587473243.jpg

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq:

25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək;

1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək;

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 2020-ci il 20 iyul tarixdən etibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilib.

Eyni zamanda, şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılıb.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 31 avqust saat 00:00-dək uzadılıb. Sərtləşdirilmiş xüsusi karantin rejimi isə 5 avqust saat 06:00-dək davam edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 599