ABŞ Ramzan Kadırovun adını "qara siyahı"ya salıb


19:07     20 İyul 2020 20_07_20_1595257717.jpg

ABŞ Dövlət Departamenti Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun adını "qara siyahı"ya salıb.

Femida.az -ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Çeçenistanda insan hüquqlarının kobud sürətdə pozulması ilə əlaqədar olaraq R. Kadırovun adı qara siyahıya salınıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ Maliyyə Nazirliyi tərəfindən R. Kadırova sanksiya tətbiq edilib.

Açar sözlər:

Oxunub: 709