Prezidentdən müharibə əlilləri ilə bağlı SƏRƏNCAM
14:55 21 İyul 2020
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin tibbi göstərişlər üzrə avtomobillə təminatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 878 020 (iki milyon səkkiz yüz yetmiş səkkiz min iyirmi) manat ayrılıb.
Femida.az
Oxunub: 733
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Əfv sərəncamının icrasına başlanılıb
- Azərbaycanda iki rayon məhkəməsi ləğv edilir - SƏRƏNCAM
- Prezident Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
- Azərbaycan Güləş Federasiyasına daha bir milyon manat ayrılıb - SƏRƏNCAM
- Prezidentdən korrupsiya ilə bağlı mühüm SƏRƏNCAM
- Prezident SƏRƏNCAM İMZALADI
- Prezident sərəncam imzaladı