Ceyhun Bayramov ECO-nun rəhbəri ilə telefonla danışdı
13:12 22 İyul 2020
21 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramovun İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Hadi Süleymanpur ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Femida.az-a verilən məlumata görə, Baş katib Hadi Süleymanpurun səmimi təbriklərini qəbul edən nazir Ceyhun Bayramov Azərbaycanın ECO-da fəal iştirakına verilən dəstəyə görə qarşı tərəfə təşəkkürünü bildirib.
Tərəflər İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ticarət, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın inkişafı imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən iki dövlətin beynəlxalq sərhədində törədilən hərbi təxribat və yeni təcavüz cəhdi, eləcə də hazırda bölgədəki vəziyyət barədə Baş katibi məlumatlandırıb.
Bölgədə yaşanan gərginliyin kökündə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüz siyasətinin və 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunda hərbi işğalın davam etməsinin durduğu qarşı tərəfin diqqətinə çatdırılıb.
Nazir, Ermənistanın son hərbi təxribatı ilə bağlı Baş katibin məktubuna istinad edərək, burada münaqişənin tezliklə həllinə çağırışı və bu xüsusda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi bir daha ifadə etdiyinə görə H. Süleymanpura təşəkkürünü ifadə edib.
Femida.az
Oxunub: 588
Oxşar xəbərlər
- Ceyhun Bayramov Ankaraya yola düşüb
- Ceyhun Bayramov Gürcüstana gedib
- Ceyhun Bayramov İrana gedib
- Ceyhun Bayramov Türkiyəyə səfər edəcək
- Ceyhun Bayramov Böyük Britaniyanın dövlət naziri ilə Brüssel görüşünü müzakirə edib
- Ceyhun Bayramov: "Ermənistan cəzasız qalmamalıdır"
- Ceyhun Bayramov Almaniyaya yola düşüb
- Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə telefonla danışıb
- Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb
- Ceyhun Bayramov Türkiyəyə gedib