Ermənilərin pilotsuz uçan aparatı vuruldu


17:00     09 Dekabr 2015 1237.jpg

Dekabrın 9-da saat 9.00 radələrində Tərtər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən pilotsuz uçan aparat vurulub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti DJI Inspire 1 (Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 735