Qazaxıstanda yoluxma sayı 90 mini keçdi
09:45 01 Avqust 2020
Qazaxıstanda ötən gün 1 289 koronavirusa yoluxma faktı qeydə alınıb.
Femida.az xəbər verir ki, bu barədə Qazaxıstan idarələrarası komissiyası məlumat yayıb.
Qeyd olunub ki, indiyədək ölkədə ümumilikdə 90 367 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dövlət Komissiyasına koronavirusun yayılmasına qarşı karantin tədbirlərinin daha iki həftə uzadılması barədə göstəriş verib. Bundan başqa, Qazaxıstanın Səhiyyə naziri Aleksey Tsoy koronavirus infeksiyasına yoluxmanın qarşısını almaq məqsədilə ictimai yerlərdə qoruyucu maskalardan istifadəni məcburi olduğunu elan edib.
Maska taxmayanlar 83 340 tenge (200 ABŞ dolları) cərimə olunacaqlar.
Xatırladaq ki, epidemiya vəziyyətinin pisləşməsi səbəbindən, Qazaxıstan hakimiyyəti iyulun 5-dən avqustun 2-dək bir sıra əlavə karantin məhdudiyyətləri tətbiq etməyə qərar vermişdi.
Femida.az
Oxunub: 937
Oxşar xəbərlər
- Qazaxıstanda yanvarın 10-u matəm elan olunub
- Qazaxıstanda telekanal əməkdaşı iğtişaşlar zamanı həlak olub
- Qazaxıstanda iğtişaşlarda həlak olan təhlükəsizlik əməkdaşlarının sayı 18-ə çatıb
- Qazaxıstanda səkkiz təhlükəsizlik əməkdaşı həlak olub
- Qazaxıstanda qazı bahalaşdıran zavod direktoru saxlanılıb
- Qazaxıstanda qaz partlayışı nəticəsində ölənlərin sayı 4-ə çatıb
- Qazaxıstanda qaz partlayışı nəticəsində ölənlərin sayı 4-ə çatıb
- Qazaxıstanda matəm elan olunub
- Qazaxıstanda hərbi hissədə partlayış nəticəsində ölənlərin sayı 9-a yüksəlib
- Qazaxıstanda koronavirusa daha 2 840 nəfər yoluxub