İraqın şimalında PKK terrorçuları zərərsizləşdirilib
21:04 01 Avqust 2020
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) və Hərbi Hava Qüvvələrinin birgə əməliyyatı nəticəsində İraqın şimalında PKK-nın altı terrorçusu zərərsizləşdirilib.
Femida.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin xəbərində deyilir.
"Türkiyənin Hərbi Hava Qüvvələri və MİT-in birgə əməliyyatının gedişatında İraqın şimalında, Qara ərazisində PKK-nın altı terrorçusu zərərsizləşdirilib. Terrorçular Türkiyənin Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində zərərsizləşdirilib", - xəbərdə bildirilir.
Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğan qeyd edib ki, PKK 1984-cü ildən 2020-ci ilin martına qədər Türkiyədə bir sıra cinayətlər törədib. Bu təşkilat tərəfindən Türkiyənin təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşı və 6 800 dinc sakini öldürülüb.
ABŞ və Avropa İttifaqı PKK-ı terror təşkilatları siyahısına daxil edib.
Oxunub: 1287
Oxşar xəbərlər
- İraqın şimalında Türkiyənin 2 əsgəri şəhid olub, 3-ü yaralanıb
- İraqın şimalında terrorçular məhv edilib
- İraqın şimalında 4 PKK terrorçusu zərərsizləşdirilib
- İraqın şimalında PKK terrorçusuları zərərsizləşdirilib
- İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib
- İraqın şimalında 3 terrorçu zərərsizləşdirildi
- İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub
- İraqın şimalında 2 terrorçu zərərsizləşdirildi
- İraqın şimalında türk hərbçisi həlak olub
- İraqın yeni prezidenti seçildi