Yaxında bütün nəqliyyat kartla işləyəcək - Açıqlama


22:49     09 Dekabr 2015 kart86.jpg

Avtobuslara GPS izləmə avadanlıqlarının quraşdırılması prosesi yekunlaşdıqdan sonra kart sisteminə keçidlə bağlı qərar verilə biləcək. Bu barədə Femida.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.


Onun sözlərinə görə şəhərdaxili avtobusların kart sisteminə keçid etməsi ilə bağlı hələ ki, konkret bir vaxt qoyulmayıb lakin yaxın gələcəkdə bütün şəhərdaxili nəqliyyat kartla işləyəcək: “Hazırda avtobusların GPS izləmə avadanlıqları ilə təchis olunması ilə bağı işlər aparılır və bu işlər artıq yekunlaşmaq üzrədir. Bu işlər yekunlaşdıqdan sonra növbəti mərhələdə kart sisteminə keçidlə bağlı qərar veriləcək”.

GPS avadanlıqlarının ümumilikdə 2 800 avtobusa quraşdırılacağını deyən Şəfa xanım, artıq dünəndən etibarən Avtovağzalda beynəlxalq və şəhərlərarası sərnişin daşıma xidməti göstərən avtobusların izləmə cihazları ilə təchis olunmasına start verildiyini qeyd edib: “Test üçün hələ ki, 30 avtobusa izləmə cihazı quraşdırılıb. Hazırda yoxlama işləri aparılır”.

Açar sözlər:

Oxunub: 956


Oxşar xəbərlər