FHN: Cəlilabadda baş verən meşə yanğını söndürülüb


20:08     06 Avqust 2020 fhn.jpg

Cəlilabad rayonunun Seyidbazar kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə 16 ha sahədə kol-kos və ağaclıq yanıb.

FHN-dən Femida.az-a verilən məlumata görə, meşə zolağı yanğından mühafizə olunub, yanğın söndürülüb.

Yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Cəlilabad Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları və yerli sakinlər cəlb olunub.

Açar sözlər:

Oxunub: 963