Azərbaycanda 2253 məscid var - RƏSMİ


16:11     07 Avqust 2020 20_08_07_1596803233.jpg


Son hesablamalara görə, ölkə ərazisində 2253 məscid mövcuddur.

Femida.az bildirir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn iclasında məlumat verilib.

Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə hesabat məruzəsi ilə çıxış edib. O, qeyd edib ki, hesabat dövründə məlumat bankının yenilənməsi və məlumatların dəqiqləşdirilməsi prosesi və statistikaların müəyyənləşdirilməsi həyata keçirilib:

"Son hesablamalara görə, ölkə ərazisində 2253 (212-si Naxçıvan Muxtar Respublikasındadır) məscid mövcuddur, eləcə də 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bundan əlavə, Zaqatala və Balakən rayonlarında 127 hücrə vardır ki, onların 115-də Ramazan ayında və dəfn mərasimlərində ayin icra olunur. Ölkə ərazisində 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcuddur".

Qeyd edək ki, hazırda Azərbaycanda dövlət qeydiyyatına alınmış 942 dini qurum fəaliyyət göstərir. Onlardan 907-si İslam, 35-i qeyri-islam təmayüllü (24-ü xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru) dini qurumlardır.



Femida.az

Açar sözlər: #məscid   #dini  

Oxunub: 975