DSX generalının ev dustaqlığına buraxılması ilə bağlı RƏSMİ AÇIQLAMA
12:33 10 Avqust 2020
Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb.
Femida.az-ın məlumatına görə, bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a faktı təsdiqləyiblər.
Qeyd edək ki, Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.
Femida.az
Oxunub: 781
Oxşar xəbərlər
- DSX-yə yeni sözçü təyin edilib
- DSX-nin baş çavuşu intihar edib
- DSX Akademiyasının kursantı onkoloji xəstəlikdən vəfat edib
- DSX ölkəyə 34 kiloqramdan artıq narkotik gətirilməsinin qarşısını alıb
- DSX məlumat yayıb
- DSX-də 204 cinayət işi istintaq edilib, 85-nin icraatı dayandırılıb
- DSX özgəsinə məxsus sənədlə sərhədi keçmək istəyən 4 nəfəri saxlayıb
- DSX Akademiyasına qəbul elan edilib
- DSX-nin hərbi qulluqçularını qətlə yetirən şəxs barəsində həbs qətimkan tədbiri seçilib
- DSX-nin hərbi qulluqçularını qətlə yetirən şəxs saxlanılıb