80 evdən oğurluq edən şəxslər saxlanıldı
11:23 11 Avqust 2020
Abşeron rayonu Qobu və ətraf qəsəbələrdə ayrı-ayrı vətəndaşlara məxsus fərdi yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu 28 May qəsəbəsində yaşayan Elçin Əhmədov və Yusif Əsgərov tutularaq istintaqa təqdim olunublar.
Bu şəxslər ifadələrində təkcə Abşeron rayonunun kənd və qəsəbəbələrində 60-a yaxın evdən pul, məişət və qızıl-zinət əşyaları oğurladıqlarını bildiriblər. Elçin Əhmədov və Yusif Əsgərovun “fəaliyyəti” bununla da yekunlaşmayıb.
Onlar paytaxtın Qaradağ, Binəqədi və Suraxanı rayonlarında da 20-yə yaxın evdən oğurluq etdiklərini etiraf ediblər.
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətraflarında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 930
Oxşar xəbərlər
- 80 nəfər jurnalistin Xankəndindən təhlükəsiz çıxa bilməməsi iddiaları ilə bağlı rəsmi açıqlama
- 80 yaşlı qadını soyan şəxs saxlanıldı
- 80-ə yaxın müşahidəçi akkreditasiyadan keçib
- 80 dövlət əmlakı hərraca çıxarılıb
- 80 dövlət əmlakı hərraca çıxarılıb
- 803 minə yaxın partlamamış hərbi sursat zərərsizləşdirib
- 80 və 73 yaşlı qocalar bank yardı - Evindən marixuana plantasiyası çıxdı
- 80 milyard dollarlıq süni ada yaradacaqlar
- 8027 azərbaycanlının öldürüldüyü ŞAMAXI SOYQIRIMI: Erməni vandallığının 101-Cİ İLDÖNÜMÜ
- 80 yaşlı kişi yanıb öldü