“İslamazeri.az” bağlandı - Fuad Qəhrəmanlı ilə bu saytı nə birləşdirir?


16:15     10 Dekabr 2015 islamazeri.jpg

“İslamazeri.az” saytına giriş mümkün deyil.


Femida.az xəbər verir ki, Nardaran hadisələri zamanı dini ekstermist paylaşımları ilə yadda qalan “İslamazeri.az” saytına giriş hazırda mümkün deyil.

Qeyd edək ki, bu sayt Fuad Qəhrəmanlının yaxından əməkdaşlıq etdiyi media orqanı olub. Belə ki, Fuad Qəhrəmanlının bütün təhrikedici çıxışları bu sayt vasitəsilə yayımlanırdı.

Onu da qeyd edək ki, Fuad Qəhrəmanlı iki gün bundan əvvəl həbs olunub. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2197


Oxşar xəbərlər