“London taksi”ləri Sumqayıtda


17:00     10 Dekabr 2015 1406300119_0001.jpg

"London taksi"ləri artıq Sumqayıtda da fəaliyyətə başlayıb.


Bu haqda Femida.az-a açıqlamasında Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsinin rəisi Anar Səfərli deyib. Onun sözlərinə görə, sözügedən taksilər artıq 10 günə yaxındır ki, Sumqayıtda müştərilərə xidmət göstərir.

A.Səfərli qeyd edib ki, yaxın vaxtlarda daha 80 taksinin Sumqayıta gətirilməsi nəzərdə tutulur:

"Ümumilikdə 100 ədəd "London taksi”sinin Sumqayıta gətirilməsi gözlənilir. Bakıdan fərqli olaraq, Sumqayıtda taksilər başqa tariflə işləyirlər. Gün ərzində xidmət zamanı yığılan vəsait yarıbayarı bölünür. Vəsait sürücü ilə şirkət arasında bölünür”.

Şöbə rəisi taksilərlə yanaşı, Sumqayıta sərnişindaşımada istifadə olunacaq müasir avtobusların gətiriləcəyini də bildirib:

"Yaxın günlərdə Sumqayıta yeni avtobuslar da gətiriləcək".

Açar sözlər:

Oxunub: 1078