Nazarbayevin qızı oğlunun ölüm xəbərini təsdiqləyib


20:12     16 Avqust 2020 20_08_16_1597593357.jpg

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Londonda vəfat edib.

APA bildirir ki, bu barədə Zakon.kz xəbər verir.

İlkin versiyaya görə, Dariqa Nazarbayevanın 30 yaşlı oğlu Aysultan Nazarbayevin ölümünə səbəb ürək tutması olub.

Hadisənin təfərrüatları barədə geniş məlumat yoxdur.

Qeyd edək ki, daha əvvəl Aysultan Nazarbayevin Böyük Britaniyadan siyasi sığınacaq istəməsi barədə məlumat verilmişdi.

Gənc oğlan ailəsinin ona təzyiq göstərdiyini söyləyirdi.
Nazarbayevin qızı Dariga oğlu, 29 yaşlı Aysultan Nazarbayevin ölüm xəbərini təsdiqləyib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Açar sözlər:

Oxunub: 1299