Balakən regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
13:44 17 Avqust 2020
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Balakən regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Femida.az-ın şimal-qərb bürosunun məlumatına görə, Balakən “ASAN xidmət” mərkəzi Balakən, Zaqatala, Qax rayonlarında qeydiyyatda olan 284 minə yaxın vətəndaşa xidmət göstərəcək.
Qeyd edək ki, hazırda ölkədə 20 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakıda, digər 15-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndə yerləşir.
Xatırladaq ki, bu ilin 29 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balakəndə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
Prezident İlham Əliyevin 31 iyul 2020-ci il tarixində Balakən rayonunda istifadəyə verilmiş “ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında da Sərəncam imzalayıb.
Femida.az
Oxunub: 1020
Oxşar xəbərlər
- Galaxy Z Fold4 həyatımızı necə asanlaşdırır?
- ABŞ-ın dövlət katibi: "Türkiyəyə silah satışı asanlaşdırılmalıdır"
- Qaçırılan "ASAN Xidmət" əməkdaşı tapıldı
- Azərbaycana investisiya yatırımını asanlaşdıracaq sayt tezliklə istifadəyə veriləcək
- Balakəndə videolarını sosial şəbəkədə paylaşan avtoxuliqan sürücü həbs olunub
- Özünü həbsxanada asan Hacı Məmmədovun cinayət ortağı həbsxanada öldü
- Türkiyədə vətəndaşlıq almaq asanlaşdırılıb
- İstintaqı yekunlaşan cinayət işlərinin sayı açıqlanıb
- İsrailə girişin şərtləri asanlaşdırıldı
- Hulusi Akar: "Terror təşkilatlarında ciddi çöküş yaşanır"