Ədliyyə Nazirliyi: Əmlak etibarnaməsi mülkiyyət hüququ vermir


15:40     21 Avqust 2020 2020/08/etibarname_1598010074.jpg

Hər hansı əmlaka etibarnamə verilirsə, bu, həmin şəxsə əmlakla bağlı mülkiyyət hüququ vermir.


Femida.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri, 2 saylı Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinin notariusu Hüseyn Məmmədov deyib.

Onun sözlərinə görə, etibarnamə əmlaka yalnız təmsilçilik hüququ verir: "Bu hüquq mülkiyyətçinin dəyişməsinə, əmlak üzərində bütünlükdə sərəncamvermə hüququ yaratmır. Əmlak üzərində tam mülkiyyət hüququna sahib olmaq üçün mütləq şəkildə alqı-satqı, bağışlama və s. müqavilələr bağlanmalıdır".

Femida.az

Açar sözlər:

Oxunub: 1239