Ceyhun Bayramov Lavrovla Qarabağı müzakirə edəcək


15:50     25 Avqust 2020 20_08_25_1598356016.jpg

Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcək.

Femida.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun dəvəti ilə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov avqustun 26-da Rusiyaya rəsmi səfər edəcək.

Səfər çərçivəsində XİN rəhbərləri ikitərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivlərini, regional və beynəlxalq gündəliyin əsas aspektlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edəcək.

C.Bayramovun Rusiya Baş nazirinin müavini, Federasiya Şurası sədrinin müavini ilə də görüşləri planlaşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1284