Polis intihar edən şəxsi xilas etdi


14:07     28 Avqust 2020 2020/08/15986-1598608766_1598609276.jpg

Avqustun 27-də gecə saat 23:15 radələrində Quba rayon sakini Gülanə Mütəllibova Rayon Polis Şöbəsinə müraciət edərək, əri Turab Mütəllibov tərəfindən döyülməsi və valideynlərinə məxsus evə qaçması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, məlumatla əlaqədar əməliyyat qrupu dərhal hadisənin baş verdiyi ünvana yollanıb. Ünvana çatan zaman həmin evin heç bir işığının yanmaması və qapının bağlı olması polis əməkdaşlarında şübhə yaradıb.

Əməkdaşlar həmin həyətə hasardan baxan zaman Turab Mütəllibovun yaşayış evinin qapı çərçivəsindən özünü asaraq intihara cəhd etməsini aşkarlayıblar və hasardan keçərək onun bu cəhdinin qarşısını vaxtında alıblar.

T.Mütəllibova hadisə yerində ilkin tibbi yardım göstərilib, daha sonra isə o, təcili tibbi yardımı stansiyasının əməkdaşlarına təhvil verilib. Hazırda onun vəziyyəti yaxşıdır. Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1207