Razi Nurullayevin partiyası qeydiyyata alındı - FOTO


14:35     01 Sentyabr 2020 20_09_01_1598956604.jpg

Deputat Razi Nurullayevin sədri olduğu partiya dövlət qeydiyyatına alınıb.

Femida.az xəbər verir ki, bu barədə deputat özü məlumat verib.

R. Nurullayev bildirib ki, Milli Cəbhə Partiyasının (MCP) qeydiyyata alınması haqqında sertifikat Ədliyyə nazirinin müavini Toğrul Musayev və Qeydiyyat və Notariat baş idarəsinin rəisi İlqar Məmmədovla keçirilən görüşdə ona təqdim edilib:

“Prezident Administrasiyasında siyasi partiyalar və parlamentlə iş üzrə yeni şöbənin yaranması ilə siyasi arenada çox dəyişiklik olub. Onilliklərlə yaranmış problemlərin bir-bir həll edilməsi şansı yaranıb və bəziləri isə artıq həllini tapıb. Yeni məmur təfəkkürü, yanaşması cəmiyyətə müsbət impuls buraxır. Müvafiq şöbənin rəhbəri hörmətli Ədalət Vəliyevə görüşlərimiz zamanı müzakirə edilən problemlərin həlli yolunda atdığı addımlara görə təşəkkür edirəm. O, demişdi ki, ölkə rəhbəri tərəfindən qarşısında ciddi məsələlər qoyulub və tez bir zamanda nəticə də olmalıdır”.



Femida.az

Açar sözlər:

Oxunub: 1004