Prorektor vəfat etdi


14:58     11 Dekabr 2015 12243517_1188169454544959_3968453255970984838_n.jpg

Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru Fərhad Cəfərov vəfat edib.


Femida.az-ın məlumatına görə, Fərhad Cəfərov bu gün səhər saatlarında dünyasını dəyişib. O, uzun müddətdir ki, ürəkçatışmazlığından əziyyət çəkirmiş.

Xatırladaq ki, AzMİU-nin prorektoru Fərhad Mövsüm oğlu Cəfərov 1970-75-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb.

1985-1989-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun qiyabi aspirantura şöbəsində təhsil alıb.

2004-cü ildə Beynəlxalq Nəqliyyat Akademiyasının akademiki seçilib.

1975-1977-ci illərdə Azərbaycan SSR Avtomobil Yollarının Tikintisi və istismarı Nazirliyinin Layihə axtarış bürosunun böyük mühəndisi, şöbə rəisi, 1977-1982-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun «Avtomobil yolları, körpülər və tunellər» kafedrasının baş müəllimi, 1982-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun «Yol inşaat» fakültəsinin dekan müavini işləyib.

1992-1997-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun «Avtomobil yolları körpülər və tunellər» kafedrasının müdiri,

1997-2000-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun «Nəqliyyat» fakültəsinin dekanı vəzifələrində çalışıb.

2000-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin tədris işləri üzrə prorektoru və eyni zamanda «Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili» kafedrasının müdiri vəzifəsini daşımışdır. .

50-dən çox dərc edilmiş əsərlərin, «Yollar kəsişmələrində mühəndisi qurğular», «Avtomobil yollarının istismarı» adında iki dərslik və «Nəqliyyatda ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli istifadənin təşkili» adında bir dərs vəsaitinin müəllifidir.

Mərhumla vida mərasimi Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 488/489 - cu məhəllədəki evində keçiriləcək.

Allah rəhmət eləsin!

Açar sözlər:

Oxunub: 851