Prokurorluq: Bərdədə ağaclar baş həkimin göstərişi ilə kəsilib
12:00 07 Sentyabr 2020
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür.
Bərdə rayon prokurorluğundan Femida.az-a bildirilib ki, lakin bəzi hallarda ayrı-ayrı fiziki və ya hüquqi şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.
Belə ki, “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin həyətində olan 15 ədəd ağacın köküstə kəsilərək məhv edilməsi və 40 ədəd ağacın isə qanunsuz olaraq budanması ilə bağlı 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Bərdə rayon prokurorluğunda araşdırma aparılıb.
Aparılmış araşdırmalarla cari ilin yanvar ayında qeyd edilən xəstəxananın baş həkimi Nizami Mehdizadənin göstərişi əsasında təsərrüfat şöbəsinin müdiri Yəhya Qasımov tərəfindən həmin ağacların məhv edilməsi və nəticədə təbiətə maddi ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilərək ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Femida.az
Oxunub: 1067
Oxşar xəbərlər
- İstanbulun Baş prokuroru : "Dünya türkləri Şuşanın azad olunmasını təntənə ilə qeyd edirlər"
- Azərbaycan Prezidenti: "Biz sülh müqaviləsini imzalamağa hazırıq"
- 102 tələbəyə Prezident təqaüdü verildi - Sərəncam
- Ərdoğan: "Fərqli bir həyəcanın içərisindəyik"
- Türkiyənin vitse-prezidenti: “Şuşada hakimiyyətin təmin edilməsi sevindiricidir”
- Vaqif Dərgahlı: “Zərbə PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir”
- Qeydiyyatda olmayanların DİQQƏTİNƏ: Şəxsiyyət vəsiqəsini belə alacaqsınız - RƏSMİ
- DİM: 60 minə yaxın abituriyent ərizəsini təsdiq edib
- SOCAR: 700-ə yaxın işçi dənizdən təxliyyə edilib
- İsmayıllıda intihara cəhd - Özünü evin ikinci mərtəbəsindən atdı