İlham Əliyev İordaniya Kralına məktub göndərdi


03:15     24 May 2015 1404215899_il-ser-ham-el.jpg

Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb.


Femida.az-ın məlumatına görə, təbrikdə deyilir: “İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim sülh və firavanlıq diləyirəm”.

Açar sözlər:

Oxunub: 597