Nobel mükafatçısı: “Pulu niyə azaltdınız?”


21:11     11 Dekabr 2015 sancar7.jpg

Kimya üzrə Nobel mükafatına layiq görülmüş türk alim Əziz Sancar Stokolm şəhərində mükafatı qəbul edərkən maraqlı açıqlamaları ilə yadda qalıb.


“Elm üçün ayırdığınız büdcəni niyə azaltdınız?”...

Əziz Sancar mükafatın təqdim olunması anlarını belə izah etdi:

“Həyat yoldaşımla birlikdə Stokholmdakı Ağ Saraya dəvət edildik. Görüş qısa müddətli oldu. “Deyəcək sözünüz varmı?” deyə məndən soruşdular. Mən isə onlara “Elm üçün ayırdığınız büdcəni niyə 20% azaltdınız?” sualını verdim”.

33 illik əmək...

Təqdimat zamanı verilən “Bu vaxta qədərki elmi tədqiqatlara nə qədər vaxt və maliyyə sərf etmisiniz?” sualına Əziz Sancar belə cavab verdi:

“33 illik əmək və ildə 1.5 milyon dollarlıq büdcə. Yəni ümumilikdə 45 milyon dollar. Ardını siz düşünün...”

Açar sözlər:

Oxunub: 1398