Hikmət Hacıyev İran səfiri ilə görüşüb


10:44     19 Sentyabr 2020 2020/09/16004-1600497391_1600497924.jpg

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın ölkəmizdəki yeni səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Femida.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “Twitter” hesabında məlumat paylaşıb.

Prezidentin köməkçisi qeyd edib ki, görüşdə ikitərəfli münasibətlər nəzərdən keçirilib. Həmçinin mehriban qonşuluq və dostluq münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 243