Tehranda koronavirusun üçüncü dalğası başlayıb


10:44     21 Sentyabr 2020 2020/09/1600670280795_JdYHrhNC_1600670744.jpg

İranın paytaxtı Tehran şəhərində yeni növ koronavirus (COVID-19) pandemiyasının üçüncü dalğası başlayıb.

Femida.az-ın məlumatına görə, bu barədə İranda koronavirusa qarşı qərargahın rəhbəri Əli Rza Zali deyib.

Onun sözlərinə görə, son günlərin statistikası göstərir ki, Tehranda artıq üçüncü dalğa başlayıb.


“Biz Tehranda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə məhdudiyyətlərin bərpa edilməsi üçün qərargah adından Səhiyyə nazirinə məktub göndərmişik”, - deyə Əli Rza Zali qeyd edib.

Açar sözlər:

Oxunub: 369