Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır
11:22 24 Sentyabr 2020
Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi sentyabrın 24-ü saat 17:00-dək davam edəcək.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, valideynlər qeyd olunan müddətədək (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək övladının məktəbəhazırlıq qrupuna cəlb olunması üçün seçdikləri uyğun məktəbə sorğu yerləşdirə bilərlər.
Qeyd edək ki, qeydiyyat prosesinə avqustun 18-dən start verilib. 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.
Femida.az
Oxunub: 470
Oxşar xəbərlər
- Məktəbəhazırlıq qrupları ləğv edilməyəcək
- Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı açıqlandı
- Məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçənlərin SAYI
- Məktəbəhazırlıq qruplarına qeydiyyat qaydası
- Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
- Məktəbəhazırlıq qruplarına qeydiyyat davam edir
- Məktəbəhazırlıq müəllimləri imtahan verəcək
- Məktəbəhazırlıq qruplarında dərslər başladı
- Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır