Qəddafinin girovluqdakı oğlu azad edildi


19:28     12 Dekabr 2015 1726519.jpg

Livan polisi Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin girov götürülən oğlunu azad edib.


Femida.az xarici mətbuata istinadən xəbər verir ki, polis cinayətkarların Hannibal Qəddafini Beyrutdan 80 kilometr uzaqlıqdakı Baalbey şəhərində saxladıqlarını müəyyən edib.

Qəddafini şiə döyüşçülərinin oğurladığı bildirilir. Döyüşçülərin hansı qruplaşmanı təmsil etdiyi hələ ki açıqlanmır. 40 yaşlı Hannibal Qəddafi girovluqda 1 sutkadan az vaxt keçirib.

Qəddafinin oğlu Omandan sığınacaq alıb və uzun müddətdir orada yaşayır.

Açar sözlər:

Oxunub: 1241