AVRO-2016: Qruplar bəlli oldu


02:28     13 Dekabr 2015 euro.jpg

Bu gün bütün dünyanın gözü Parisə yönəlib.


Femida.az-ın məlumatına görə, Fransanın paytaxtında 2016-cı ilin ən böyük yarışlarından biri sayılan Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.

Gələn il iyunun 10-dan iyulun 10-dək davam edəcək turnirin 24 iştirakçısı püşkatmaya qatılıb. Bakı vaxtı ilə saat 21:00-da başlayan və təkcə Avropa deyil, dünyanın əksər ölkələrində yayımlanan mərasimdə komandalar 6 qrupa bölünüb.

Azərbaycanlı futbolsevərlərin yaxından izlədiyi Türkiyə millisi D qrupunda mübarizə aparacaq. Fatih Terimin yetirmələri bu qrupda İspaniya, Çexiya və milli komandamızla eyni qrupda mübarizə apararaq final mərhələsinə yüksəlmiş Xorvatiya ilə qarşılaşacaqlar.

Qruplar aşağıdakı kimi formalaşıb:


A qrupu:
1. Fransa
2. Rumınya
3. Albaniya
4. İsveçrə

B qrupu:
1. İngiltərə,
2. Rusiya
3. Uels
4. Slovakiya

C qrupu:
1. Almaniya
2. Ukrayna
3. Polşa
4. Şimali İrlandiya

D qrupu:
1. İspaniya
2. Çexiya
3. Türkiyə
4. Xorvatiya

E qrupu:
1. Belçika
2. İtaliya
3. İrlandiya
4. İsveç

F qrupu:
1. Portuqaliya
2. İslandiya
3. Avstriya
4. Macarıstan

Açar sözlər:

Oxunub: 1434


Oxşar xəbərlər