“Ermənilərin təqdim etdiyi radiostansiya danışıqları saxtadır” - Vaqif Dərgahlı


20:37     03 Oktyabr 2020 2020/02/vaqif_dergahli_1582872417.jpg


Ermənilərin təqdim etdiyi radiostansiya danışıqları bu ölkənin xüsusi xidmət orqanlarının saxta məhsuludur.

Femida.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

"Ermənistan mediasında yayılan və guya Azərbaycan ilə Türkiyə hərbçilərinin döyüş əməliyyatları zamanı radiostansiya vasitəsilə danışıqlarının səs yazısı bu ölkənin xüsusi xidmət orqanlarının saxta məhsuludur. Səs yazısının döyüş əməliyyatlarına heç bir aidiyyəti yoxdur", - deyə MN rəsmisi qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 558