Türkiyə Müdafiə Nazirliyindən Azərbaycan Ordusuna növbəti dəstək


13:55     04 Oktyabr 2020 2020/10/32f654cf-d77a-3398-bb49-2e2aec58bad7_850_1601805404.jpg

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Ermənistanın yeni hərbi təcavüzünə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatlarına növbəti dəfə dəstək verib.

Femida.az-ın xəbərinə görə, nazirliyin "Twitter" səhifəsində bununla bağlı yeni paylaşım edilib.

Nazirliyin təqdim etdiyi şerin bəndi belədir:

Eşqimiz, sevdamız könlümüzdədir bizim,

Dərdimiz, diləyimiz dərindədir bizim,

Taleyimiz bir yazılmış ağ alnımıza,

Gücümüz, irfanımız birliyimizdədir bizim!

“Türkiyə-Azərbaycan” şüarı ilə dövlət bayraqlarımızın qoşa dalğalandığı paylaşıma iki qardaş ölkənin Silahlı Qüvvələrinin birgə təlimlərindən çəkilmiş fotolar əlavə edilib.

Açar sözlər:

Oxunub: 399