İbrahim Kalın: Bizim Azərbaycana dəstəyimiz mənəvidir, siyasidir


16:15     04 Oktyabr 2020 2020/10/ibrahim_kalin_210218_1601814125.jpg

Dağlıq Qarabağ münaqişəsinin həlli işğal olunmuş ərazilərin azad olunması ilə mümkündür.

Femida.az-ın məlumatına görə, bunu Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın yazıb.

Onun sözlərinə görə, məsələ əslində çox bəsitdir, əgər Ermənistan sülhün olmasını istəyirsə, işğal olunmuş ərazilərdən qeyri-şərtsiz çıxmalıdır. Bu rəsmi Azərbaycanın da mövqeyidir və biz bunu dəstəkləyirik:

"Təssüflər olsun ki, elə bir təssürat yaradırlar ki, Qarabağda hər şey qaydasında idi, guya Türkiyənin müdaxiləsindən sonra hər şey pisləşdi. Əslində isə Dağlıq Qarabağda davam edən erməni işğalı var, buna qarşı mübarizə aparan Azərbaycan var.

"Bizim Azərbaycana dəstəyimiz mənəvidir, siyasidir".

Femida.az

Açar sözlər:

Oxunub: 349