MN: Azərbaycan Ordusunun şəxsi heyəti humanitar hüquq normalarına riayət edir
21:12 04 Oktyabr 2020
Azərbaycan Ordusunun hərbi qulluqçuları döyüş əməliyyatları aparılan ərazilərdə “Beynəlxalq silahlı münaqişə tərəflərinin hörmət etməli olduqları beynəlxalq humanitar hüquq normalarına dair Memorandum”un tələblərinə uyğun fəaliyyət göstərir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumatda bildirilir ki, hərbçilərimiz hərbi əməliyyatlarda iştirak etməyən şəxslərin mühafizəsini təşkil etmək, onlara tibbi və digər yardım göstərmək, eləcə də itkin düşmüş və vəfat etmiş şəxslərlə davranış qaydalarına riayət etmək bacarığına malikdirlər.
Bundan başqa, hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən mülki əhali və infrastrukturun hərbi qulluqçu və obyektlərdən fərqləndirilməsi həyata keçirilir, mülki əhali və infrastrukturun hərbi zərbələrdən qorunması təmin edilir.
Eyni zamanda Azərbaycan Ordusu tərəfindən şəraitin imkan verdiyi hallarda mülki əhalinin qabaqcadan məlumatlandırılması, həmçinin öz nəzarətində olan əhalinin düşmən zərbələrindən qorunması tədbirləri həyata keçirilir.
Oxunub: 429
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"