Çavuşoğlu: Fransa açıq şəkildə Ermənistanı dəstəkləyir
15:14 05 Oktyabr 2020
Ermənistanın mülki əhaliyə hücumu yeni deyil. Bu ölkənin tarixinə baxanda, günahsız insaları necə qətl etdiyini görmək olar, özəlliklə də Xocalıda.
Femida.az-ın məlumatına görə, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO baş katibi Yens Stoltenberqlə görüşü zamanı deyib.
Onun sözlərinə görə, bildiyi kimi, bir daha Ermənistan yenə mülki əhalini hədəf alıb. Bütün beynəlxalq hüquq Azərbaycan tərəfindədir və beynəlxalq ictimaiyyət Azərbaycana dəstək verməlidir. Təssüflər olsun ki, beynəlxalq ictimaiyyət ya neytral qalır, ya da Ermənistana dəstək verir. Fransa açıq şəkildə Ermənistanı dəstəkləyir:
"Təssüflər olsun ki, Minsk qrupu Dağlıq Qarabağ probleminin həlli üçün heç bir şey etməyib. Ermənistan-Azərbaycan məsələsi gündəmə gələndə Minsk qrupu Ermənistandan ərazilərin boşaldılmasını tələb etmir.
NATO üzvləri də Ermənistanın işğal etdiyi ərazilərdən çıxmasını tələb etməlidir. Beynəlxalq ictimaiyyət tərəfindən cavab almayan Ermənistan bundan cəsarətlənib Azərbaycana hücumlarını davam etdirir".
Femida.az
Oxunub: 541
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"