Ermənilər Bakı-Tblisi-Ceyhan kəmərini vurmağa çalışıb
22:59 06 Oktyabr 2020
Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri 06.10.2020-ci il tarixdə saat 21 radələrində regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tblisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Ordumuzun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb.
Bundan başqa, düşmən ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla 06.10.2020-ci il tarixdə saat 21 radələrində Tərtər rayonunun müxtəlif istiqamətlərdə intensiv atəşə tutması nəticəsində rayonun Qaynaq kənd sakini 1981-ci il təvəllüdlü Məmmədov Həsən Asif oğlu həlak olub, həmin kəndin sakini, 1989-cu il təvəllüdlü Əliyev Dəyanət Qənimət oğlu və Köçərli kənd sakini 1968-ci il təvəllüdlü Həsənov Seyfulla Yaqub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq tədbirləri həyata keçirilir.
Femida.az
Oxunub: 624
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb