İlham Əliyev Putinlə telefonla danışdı
12:09 07 Oktyabr 2020
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Femida.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib, Rusiyanın inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində ona yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.
Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Telefon söhbəti zamanı dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaranmış vəziyyəti müzakirə ediblər.
Prezident İlham Əliyev və Prezident Vladimir Putin Azərbaycan-Rusiya əlaqələrinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Femida.az
Oxunub: 582
Oxşar xəbərlər
- "Həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatını quracağıq"
- İlham Əliyev: "Bizim doğma torpağımız Zəngəzurdur, Göyçə mahalıdır, İrəvandır"
- Erməni təcavüzü nəticəsində əmlakına ziyan dəymiş şəxslərə yardım ödəniləcək - SƏRƏNCAM
- Ermənilərin mülki əhaliyə vurduğu zərərin aradan qaldırılması üçün pul ayrıldı - SƏRƏNCAM
- Prezident Ermənistanın zərər vurduğu obyektlərin bərpasına 30 milyon manat ayırdı
- İlham Əliyev Ərdoğanı Füzuli rayonunda qarşılayıb - FOTOLAR
- İlham Əliyev İsrailin yeni Prezidentini təbrik edib
- İlham Əliyev İqtisadiyyat Nazirliyinin yeni binasının açılışında iştirak edib
- Serbiya Prezidenti İlham Əliyevi təbrik edib
- İlham Əliyev Cavad Zərifi qəbul etdi