Hikmət Hacıyev: “Ermənistan ordusu tərəfindən Bərdəyə kasetli raketlər atılıb”


18:45     27 Oktyabr 2020 2020/10/1603809606552_4xU5eOfT_1603809975.jpeg

“ANAMA-nın verdiyi məlumata görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb".

Femida.az -ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.

“Mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır. İki yaşlı körpə qız da daxil olmaqla, 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur”, - deyə H. Hacıyev vurğulayıb.


Açar sözlər:

Oxunub: 702